Qısa nömrə
Qısa nömrə xidməti vasitəsilə şirkətlər və qurumlar öz iş formalarını sistemləşdirmiş və məlumatın müştəriyə ötürülməsini asanlaşdırmış olurlar. Xidmətdən istifadə edən şəxs lazımi açar sözü istifadə etməklə, qısa nömrə üzərindən sorğusuna cavab ala bilir.
Bank sferasında hesabı ilə bağlı məlumat almaq istəyən müştəri öz bankının qısa nömrəsinə "hesab" yazıb göndərməklə lazımı məlumatı sorğulamış və cavab almış olur, amma bunun üçün həmin nömrə bankın sistemində qeydiyyatda olmalıdır.
Eyni ilə də digər sferalarda sorğulama üçün müəyyən açar sözlər hazırlanır.